Mobil versiya
Şəkidə icazəsiz hərəkət edənlərlə bağlı tədbirlər görülüb - Fotolar
Tarix: 05-04-2020 | Saat: 19:35
Bölmə:Ölkə | çapa göndər

Şəkidə icazəsiz hərəkət edənlərlə bağlı tədbirlər görülüb - Fotolar






Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsininn əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Aia.az-a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır.

Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024