Mobil versiya
Koronavirusun yeni simptomları elan edildi
Tarix: 02-04-2020 | Saat: 11:59
Bölmə:Səhiyyə | çapa göndər

Koronavirusun yeni simptomları elan edildi





İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca simptomlarıdır.

Aia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir nəticəyə London Kral Kollecinin alimləri gəlib.

Mütəxəssislərin fikrincə, bu simptomlar müşahidə olunan şəxslərin 59%-ində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub.

Alimlər iybilmə və dadbilmə hissiyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.

Qeyd edək ki, dünyada 887 min 462 nəfər Covid-19 daşıyıcısıdır. 44 min 272 nəfər isə dünyasını dəyişib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024