Mobil versiya
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - BNA
Tarix: 31-03-2020 | Saat: 19:28
Bölmə:Ölkə | çapa göndər

Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - BNA






Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Aia.Az-a verilən məlumata görə, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki 01.04.2020-ci il tarixindən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyyat avtobusların buraxılması nəzərədə tutulub.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024