Mobil versiya
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
Tarix: 31-03-2020 | Saat: 19:27
Bölmə:Təhsil | çapa göndər

Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək





Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınacaq.

Aia.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

"Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir" - deyə nazir bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024