Mobil versiya
Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb
Tarix: 31-03-2020 | Saat: 15:25
Bölmə:Dünya | çapa göndər

Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb





Fransada COVID-19 epidemiyasının pik dövrü başlayıb. COVID-19 virusu epidemiyasından xəstəxanalarda ölənlərin sayı 3 mini keçib ki, bunlardan 418-i son 24 saatda qeydə alınıb.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə naziri məlumat verib. Bildirib ki, xəstəxanalara 21 minə qədər xəstə yerləşdirilib, onlardan 5 min 56-sı reanimasiyadadır. Koronavirusa yoluxanların sayının 45 minə yaxın olduğu bildirilib.

Xəstəxanalara yerləşdirilən xəstələr əsasən tənəffüs problemləri olanlardır. Tibb işçiləri arasında 717 nəfər koronavirusa yoluxub.

Fransa Baş Naziri aprelin 15-dək vəziyyətin daha da çətin olacağı ilə bağlı əhalini xəbərdar edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024