Mobil versiya
"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq
Tarix: 30-03-2020 | Saat: 13:38
Bölmə:Media | çapa göndər

"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq





Yaponiyanın "Toyota" avtomobil şirkəti koronavirus pandemiyası ilə əlaqədar Avropa ölkələrindəki zavodlarının fəaliyyətini aprelin 20-dək bərpa etməyəcək.

Aia.Az Trend-ə istinadən bildirir ki, söhbət Türkiyə, Portuqaliya, Böyük Britaniya, Polşa, Çexiya və Fransadakı zavodlardan gedir. Bu zavodlar martın 16-dan bağlanıb.

Bundan başqa Sankt-Peterburqdakı zavod da martın 28-dən aprelin 5-dək işləməyəcək.

Qeyd edək ki, ötən il "Toyota" Avropadakı zavodlarında 780 min avtomobil istehsal edib.
Koronavirusla əlaqədar olaraq şirkət Şimali Amerika və Cənub-Şərqi Asiyada da istehsalı qismən dayandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024