Mobil versiya
Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
Tarix: 27-03-2020 | Saat: 19:36
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı





Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.

Aia.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024