Mobil versiya
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Tarix: 27-03-2020 | Saat: 19:34
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ İrana qarşı sanksiyaları genişləndirib





Martın 26-na olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı 29 min 406 nəfərə, ölənlərin sayı isə 2 min 234 çatıb.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alanlardan 10 min 457 nəfəri sağalaraq evlərinə buraxılıb, 47 milyon insan testdən keçirilib. Lakin testdən keçirilənlərin sonradan virusa yoluxmayacaqlarına təminat vermək çətindir.

İran hökuməti virusla mübarizənin səmərəsini artırmaq məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün kömək istəyib. Bu çağırışa cavab olaraq İraq, Mərakeş, Tunis, Misir, Livan, Bəhreyn və Fələstinin görkəmli yazıçıları, tanınmış mədəniyyət xadimləri ABŞ-a müraciət ünvanlayıb, humanistlik nümayiş etdirməyə və sanksiyaları müvəqqəti olaraq aradan qaldırmağı xahiş ediblər. ABŞ isə əksinə olaraq martın 26-da İranın 5 təşkilatını və hüquqi şəxsinin adını sanksiyalar siyahısına əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024