Mobil versiya
Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib - FOTOLAR
Tarix: 26-02-2020 | Saat: 10:25
Bölmə:Ölkə | çapa göndər

Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.

25 fevral 2020-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbuldan əvvəl Salyan RİH-nin başçısı Sevindik Hətəmov və AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciətlərinə baxılmışdır.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024