Mobil versiya
Bakı polisi 53 nəfəri saxladı
Tarix: 20-02-2020 | Saat: 10:52
Bölmə:Ölkə | çapa göndər

Bakı polisi 53 nəfəri saxladı


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da 36 cinayətin üstü açılıb.

Bu barədə aia.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 7, quldurluq üzrə 2, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 53 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024