Mobil versiya
MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib
Tarix: 19-02-2020 | Saat: 16:28
Bölmə:Siyasət | çapa göndər

MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə namizəd həmin dairə üzrə bi neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub. MSK üzvü İlham Məmmədov bildirib ki, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024