Mobil versiya
Kürdəmirin Qocalı kəndində səyyar qəbul keçirilib - FOTOLAR
Tarix: 19-02-2020 | Saat: 14:41
Bölmə:Ölkə | çapa göndər

Kürdəmirin Qocalı kəndində səyyar qəbul keçirilib



Fevralın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.

Qəbulda Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda giriş nitqi ilə çıxış edərən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov vurğulayıb ki, Kürdəmir rayonunun ictimaiyyəti və zəhmətkeşləri ölkə rəhbəri Cənab İlham Əliyevin 12 fevral tarixdə rayonumuza etdiyi səfərin təsüratları altındadır. Cənab Prezidentimiz səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin, “QLOBAL AQRO” MMC-nin aqroparkının, “Xalçaçılıq emalatxanası”nın, Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun açılışlarında iştirak etmiş və həmin layihələrlə yaxından tanış olmuş və rayonumuza töhfə olaraq Cənab Prezidentimizin Sərancamları ilə şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının tikintisinə və 8 ədəd şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3,0 milyon manat, 960 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır.

Səyyar qəbulda iştirak edən kənd sakinləri kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi, əkin sahələrini suvaran kanalların təmizlənməsi, məşğulluq məsələləri və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024