Mobil versiya
“İnanıram ki, atam tezliklə azad olunacaq” - Dilqəm Əsgərovun oğlu
Tarix: 17-02-2020 | Saat: 14:50
Bölmə:Gündəm | çapa göndər

“İnanıram ki, atam tezliklə azad olunacaq” -


“Atamı erməni girovluğundan azad edə biləcək yeganə şəxs Prezident İlham Əliyevdir”.

BunuAzvision.az-a Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, atasının tezliklə azad olunacağına inandığını söyləyib.

“AzərbaycanPrezidentiİlham Əliyevin apardığı uğurlu siyasət və diplomatik danışqılar nəticəsində əminəm ki, atam Dilgəm Əsgərov erməni girovluğundan azad olunacaq. CənabPrezidentbu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Buna görə ailəmiz adından ölkə başçısına təşəkkür edirik.PrezidentBeynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə görüşdə də girovlarla bağlı məsələni qaldırdı, onların tezliklə azad olunmasının vacibliyini vurğuladı. İnanıram və ümid edirəm ki, yaxın vaxtlarda atama qovuşacağıq”.

Qeyd edək ki,Prezidentİlham Əliyevfevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz QuliyevKəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraqBakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024