Mobil versiya
Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi - YENİLƏNİB
Tarix: 15-02-2020 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi -


Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə dairə üzrə şikayətlərlə bağlı qərar verilib.

İclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki Dairəsi, 47 Saylı Mingəçevir Seçki Dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki Dairəsi, 107 saylı Qazax Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı da qərar verilib.

Həmçinin, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

14:30

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb.

82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələri üzrə müraciətlərinaraşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.(oxu.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024