Mobil versiya
Könüllü gömrükçülərimizin fəaliyyəti uğurla başa çatıb
Tarix: 28-01-2020 | Saat: 16:09
Bölmə:Gündəm | çapa göndər

Könüllü gömrükçülərimizin fəaliyyəti uğurla başa çatıb



Könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində formalaşdırılmış ikinci “Könüllü gömrükçü” dəstəsinin 10 nəfər üzvü Hospitalda 3 aylıq fəaliyyətini uğurla başa çatdırıb.

Trend-in məlumatına əsasən, bu münasibətlə 28 yanvar 2020-ci il tarixində keçirilən tədbirdə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.

Baş həkim Elman Məmmədov könüllü gömrükçüləri salamlayaraq, Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan etdiyini qeyd edib. O, könüllü gömrükçülərə Hospitalın fəaliyyətində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib, məsləhətlərini verib və gələcək karyeralarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən könüllü gömrükçü Nilgün Şahinqızı yaradılmış şəraitə görə Hospitalın rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib. Qeyd edək ki, könüllü gömrükçülərdən Sevil Əsgərova, Gülçöhrə Budaqlı, Gövhər Ağayeva, Aysu Məmmədzadə, Lalə Əhmədova, Nilgün Şahinqızı, Fidan Babayeva, Sevinc Babayeva, Gülsüm Quliyeva və Nisə Bağırova 3 ay müddətində Hospitalın Xəstə Xidmətləri, Sığorta, İnzibati İdarəetmə, Mühasibatlıq şöbələrində və Çağrı Mərkəzində fəaliyyət göstərərək, daxil olan zənglərin cavablandırılmasından başlayaraq pasiyentlərin həkimlərin müayinəsinə qədər bütün proseslərdə personala fəal kömək ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılmış 121 nəfərdən ibarət olan ikinci “Könüllü gömrükçü” dəstəsinin 10 nəfər üzvü 28 oktyabr 2019-ci il tarixindən 28 yanvar 2020-ci il tarixinədək Mərkəzi Gömrük Hospitalında könüllülük fəaliyyəti göstərib.

Biz könüllü gömrükçüləri bu münasibətlə təbrik edir, onlara təhsillərində və işlərində uğurlar arzulayırıq. İnanırıq ki, könüllü gömrükçülərin Mərkəzi Gömrük Hospitalında əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların işgüzar karyeralarına müsbət təsir göstərəcək!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024