Mobil versiya
Şirvan – şəhid ailələri Rəşad Camalovun namizədliyini dəstəkləyirlər - FOTOLAR
Tarix: 27-01-2020 | Saat: 10:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şirvan – şəhid ailələri Rəşad Camalovun namizədliyini dəstəkləyirlər




46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalov seçicilərlə fərdi görüşlərini də yüksək səviyyədə həyata keçirir

Aydındır ki, bu gün deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin öz potensial seçiciləri ilə görüşləri əsasən kütləvi tədbir formatında həyata keçirilir. Belə görüşlər zamanı insanlar da toplum maraqları ifadə edən mövqeylərdən çıxış edir, bu və ya digər namizədin indiyədək göstərdiyi fəaliyyəti və gələcək planları, konkret platformaları müzakirə olunur. Bununla belə, əhalinin müəyyən bir təbəqəsi də vardır ki, onlara qarşı münasibətdə hər zaman, istər seçkilər ərəfəsində, istərsə də adi günlərdə fərdi yanaşma tərzi, xüsusi münasibət tələb olunur...

O cümlədən, 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun şəhid ailələri ilə keçirdiyi fərdi görüşləri də namizədin bu insanlara bəslədiyi xüsusi münasibətin bir göstərisidir. Rəşad Camalovun növbəti belə görüşləri dünən, yanvarın 26-da Şirvan şəhərində baş tutmuşdur. Həmin gün Rəşad Camalov Azərbaycanın ilk Milli qəhrəmanı Nofəl Quliyevin ailəsinə baş çəkmiş, həmçinin Qarabağ şəhidləri Əlikram Hətəmov və Musa Abdullayevin ailələrini ziyarət etmişdir. Redaksiyamıza həmin görüşlərin iştirakçıları tərəfindən təqdim olunan məlumatlarda da qeyd olunur ki, hər üç görüş tam səmimiyyət və qarşılıqlı rəğbət şəraitində keçmişdir. Rəşad Camalov ziyarət etdiyi ailələrin yaşam şəraiti ilə yaxından tanış olub. Onların arzu və istəklərini dinləyib. Deputatlığa namizəd xüsusi olaraq vurğulayıb ki, Vətən uğrunda şəhid vermiş ailələrin problemləri hər zaman dövlətimizin xüsusi diqqət mərkəzində olduğu kimi, hər bir səlahiyyət sahibinin də ümdə vəzifəsi belə ailələrin qayğıları ilə daim maraqlanmaq, onların qarşılarına çıxa biləcək hər cür problemin operativ həllində bu insanlara dəstək olmaqdır.

Öz növbəsində Rəşad Camalovun görüşdüyü şəhid ailələrinin üzvləri öz namizədlərinə ilk növbədə xeyir-dualarını vermiş, məhz belə bir insanın onları ölkə parlamentində təmsil edəcəyindən xeyli məmnun olduqlarını bildirmişlər. Həmçinin bu görüşlərdə iştirak edən ağsaqqal və ağbirçəklər Rəşad Camalovun gələcək deputat fəaliyyətində məhz hansı istiqamətlərin üstünlük təşkil edəcəyinə dair öz arzu və istəklərini ifadə etmişlər.
Hal-hazırda Rəşad Camalovun Şirvanda öz seçiciləri ilə görüşləri davam edir.


aia.az


























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024