Mobil versiya
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb (YENİLƏNİB-3)
Tarix: 27-01-2020 | Saat: 09:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb


Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 87 binanın dağıldığı, 2219 binanın müxtəlif dərəcəli zədə aldığı bildirilir. Dağıntılar altından xilas edilənlərin sayı 45-ə yüksəlib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

XXX

18:49

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, həlak olanların sayı 38 nəfərə çatıb.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

XXX

17:05

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, həlak olanların sayı 36 nəfərə çatıb.

Bildirilir ki, dağıntılar altından 45 nəfəri xilas etmək mümkün olub, 1607 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

XXX

13:15

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb. Daha əvvəl 31 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024