Mobil versiya
İranın Təbriz-Culfa turist qatarı istismara verildi - Gediş pulsuzdur
Tarix: 22-01-2020 | Saat: 11:37
Bölmə:Dünya | çapa göndər

İranın Təbriz-Culfa turist qatarı istismara verildi -



İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib.

Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.

Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.


İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 800 nəfər daşınacaq.

“Qatar hər gün səhər 07:30-dan Culfa istiqamətində, 19:00-da isə İran Culfasından Təbriz istiqamətində hərəkət edəcək” –deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024