Mobil versiya
Xalq 20 Yanvar şəhidlərini anır - FOTO
Tarix: 20-01-2020 | Saat: 19:52
Bölmə:Manşet | çapa göndər

Xalq 20 Yanvar şəhidlərini anır - FOTO


Şəhidlər Xiyabanı “20 Yanvar” faciəsinin 30-cu ildönümünü anmaq üçün yüz minlərlə vətəndaşı qəbul edib.



Şəhidlər Xiyabanını ziyarət edənlər arasında dövlət rəsmiləri, hüquq-mühafiə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndləri və sadə vətəndaşlar olub.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş şəhidlərin əziz xatirəsini yad edib, məzarları üstə gül qoyaraq dualar oxuyublar.

Sevindrici haldır ki, Şəhidlər Xiyabanında ziyarətçilər arasında azyaşlıların da sayı xeyli olub. Azərbaycanın qəhrəman övladlarını uşaqların erkən yaşlarından tanımağa başlaması ölkəmizin şanlı tarixinin daima yaşayacağından xəbər verir.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaıblar.

Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024