Mobil versiya
"Bu, mənim turnirimdir" - Ronaldo
Tarix: 12-12-2019 | Saat: 18:04
Bölmə:İdman | çapa göndər

"Bu, mənim turnirimdir" -


"Çempionlar Liqasında növbəti axşamı geridə qoyduq. Bu, mənim turnirimdir, Çempionlar Liqasını sevirəm. Mənim burada oynamaq xoşuma gəlir. Amma əsas olan komandadır. İkinci hissədə əla oynadıq və iki qol vurduq".

Qol.az xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bayer"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.


"Biz qrup mərhələsini məğlubiyyətsiz və vahid lider kimi bitirdik. Ona görə də nəticədən məmnunuq, gələcəyi inamla baxırıq" - deyə o bildirib.

Portuqaliyalı hücumçu "pley-off" matçlarının çətin keçəcəyini söyləyib: "Çətin qrupa düşmüşdük və güclü komandalarla oynadıq. Biz özümüzə güvənirik və növbəti mərhələni səbirsizliklə gözləyirik. Turnirdə mübarizəni davam etdirən bütün komandalara hörmət edirik. Püşkatmanın çətin olacağını bilirik. Gözləyəcəyik və kimin rəqibimiz olacağını görəcəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024