Mobil versiya
Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb
Tarix: 05-12-2019 | Saat: 12:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb


Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.

Ağdam rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024