Mobil versiya
Salyanda “22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir
Tarix: 22-11-2019 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Salyanda “22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir


22 noyabr 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir rayon İcra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, məhkəmə-hüquq sahəsində əldə olunan və beynəlxalq aləmdə təqdir edilən nailiyyətləri diqqətə çatdırmışdır.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon Məhkəməsinin sədri Əliövsət Paşayev Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq vurğulamışdır ki, bugün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər. Tədbirdə çıxış edənlər ədliyyə işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.
AİA.Az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024