Mobil versiya
Bərdə – meliorativ tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata keçirilir
Tarix: 21-11-2019 | Saat: 14:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bərdə – meliorativ tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata keçirilir




Sərdar Əhmədovun rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək peşəkarlıqla həyata keçirir

Məlumdur ki, kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan bölgə iqtisadiyyatının inkişafı üçün Sərdar Əhmədovun rəhbərlik etdiyi Bərdə rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.


Su ehtiyatlarının idarə olunması dövlət əhəmiyyətli məsələdir




Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında qurumun son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib

Kənd təsərrüfatında yüksək göstəricilər təmin edilib



Statistik məlumatlara əsasən cari ilin 6 ayı ərzində Bərdə rayonu üzrə 216,4 milyon manatlıq ümumi məhsul, o cümlədən 121,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. 2018-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumi məhsul istehsalı 4,5 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 17,7 faiz artmışdır. Rayonda pambıqçılığın, baramaçılığın inkişafının sürətləndirilməsi, şəkər çuğunduru əkinlərinin çoxaldılması, məhsuldarlığın artırılması üçün tədbirlər görülür. Pambıq əkini üçün ən məhsuldar torpaqlar seçilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında Bərdədə 18 ədəd yeni subartezian quyusu qazılmışdır.
Hesabat dövründə cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 9041 hektar buğda, 2601 hektar dənlik arpa, 612 hektar kələm, 460,5 hektar baş soğan, 30,5 hektar sarımsaq, 2493,2 hektar təzə yonca, 1146 hektar xəsil arpası əkinləri aqrotexniki qaydada becərilməsi təmin edilmişdir. Rayonda yazlıq əkinlərin optimal müddətdə aparılması üçün tədbirlər görülmüşdür. Bu ilki yazlıq əkinlərin hamısı əvvəlcədən hazırlanmış və arat edilmiş torpaqlarda əkilmişdir. Tarlalardan 40052 ton buğda, 10118 ton arpa yığılmış, buğdanın hər hektardan məhsuldarlığı 44,3 sentner, arpanın məhsuldarlığı 38,9 sentner olmuşdur. İlin birinci yarısında 34267 ton tərəvəz, 1262 ton kartof, 1089 ton bostan məhsulları istehsal edilmişdir. Pambıqçılığın inkişaf etdirilməsi üçün həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ilə nisbətən 2018-ci ildə pambıq əkini sahəsi 8 dəfə, pambıq istehsalı 8,5 dəfə artmışdır.

Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğun qurulub



Təbii ki, bütün bu nailiyyətlərin əldə olunmasında Sərdar Əhmədovun rəhbərlik etdiyi Bərdə rayon Suvarma Sistemləri İdarəsinin kollektivinin də əməyi böyük olmuşdur. Redaksiyamıza təqdim olunan məlumatlara görə, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Bərdə rayon Suvarma Sistemləri İdarəsi daşqın və sel sularına qarşı mübarizə tədbirlərini də uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri idarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə Bərdə rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Əminliklə demək olar ki, Sərdar Əhmədovun rəhbərlik etdiyi kollektiv bundan sonra da doğma rayonlarının və ümumilikdə ölkəmizin daha da inkişafı naminə var qüvvələri ilə çalışmaqda davam edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə