Mobil versiya
Deputat: YAP-ın 740 mindən çox üzvü ölkənin ictimai-siyasi həyatında fəal surətdə iştirak edir
Tarix: 21-11-2019 | Saat: 12:44
Bölmə:Siyasət | çapa göndər

Deputat:


1992-ci ilin noyabr ayının 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və məşhur “91-lər" tərəfindən təsis edilən və 1992-ci ilin noyabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçmişdir. Hazırda Yeni Azərbaycan Partiyası respublikamızın aparıcı siyasi partiyasıdır və bu partiya Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır. Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında olan 740 000-dən çox üzvü ölkəmizin ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının bütün sahələrində, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal surətdə iştirak edir. Yeni Azərbaycan Partiyasının namizədləri, ulu öndər Heydər Əliyev və cənab İlham Əliyev Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəliblər.

1995-ci ildə etibarən ölkəmizdə keçirilən parlament seçkilərində də Yeni Azərbaycan Partiyası həmişə qalib olmuşdur. Respublikamızda yerli özünüidarəetmə qurumlarına - bələdiyyələrə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri həmişə qalib gəlmişdir. 23 dekabr 2019-cu il tarixdə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Əminəm ki bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının nümayəndələri seçicilərin əksəriyyətin səsini qazanaraq qalib olacaqlar.

Yeni Azərbaycan Partiyasının yaranması günü münasibəti ilə partiya üzvlərini təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzu edirəm.

Rauf Əliyev

Millət vəkili



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024