Mobil versiya
“10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır” - Tahir Kərimli
Tarix: 13-11-2019 | Saat: 15:10
Bölmə:Ölkə | çapa göndər

“10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır” -



“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb?”
Azvision.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: “Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.

T.Kərimli Ağsu-Şamaxı aşırımı üçün vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu seçicilərin mənlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.

Bununla yanaşı, deputat maliyyə amnistiyasının verilməsinin, Azərbaycan dilinə aid elmi-tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024