Mobil versiya
Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir
Tarix: 21-10-2019 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səməd Seyidov:


Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib: “Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Millət vəkili bildirib ki, Avropa Birliyi Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib: “Avropa Birliyinin özündə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik. Biz Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidirlər. Avropanın özündə baş verən hadisələr ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə