Mobil versiya
Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır
Tarix: 15-10-2019 | Saat: 09:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır


Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır.

aia.az Trend-ə istinadən xəbər verir ki, Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək.

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024