Mobil versiya
Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - Rəsmi açıqlama
Tarix: 14-10-2019 | Saat: 12:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? -



"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər"

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərin Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqilə bağlı sualı cavablandırarkən deyib.

S.Babayev qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir: "4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil. Gələcəkdə istənilən məsələ kimi 4 günlük iş həftəsinin Azərbaycanda tətbiqi müzakirə oluna bilər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024