Mobil versiya
Bakıda dəhşətli cinayət - Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi
Tarix: 24-09-2019 | Saat: 09:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda dəhşətli cinayət -


Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu, nömrəsiz evdə yaşayan gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Məhərrəmov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024