Mobil versiya
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
Tarix: 18-09-2019 | Saat: 10:59
Bölmə:Gündəm | çapa göndər

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib


C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru və Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrinə yeni təyinatlar olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə, Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunmuşlar.

Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyirdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024