Mobil versiya
Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ
Tarix: 17-09-2019 | Saat: 10:50
Bölmə:Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı


Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil:

"Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərdən tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da sözügedən kənd sakinləri tərəfindən hər hansı bir müraciət qeydə alınmayıb".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024