Mobil versiya
Anası tərəfindən zəncirlənən uşaq sığınacağa yerləşdirilib
Tarix: 22-08-2019 | Saat: 16:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Anası tərəfindən zəncirlənən uşaq sığınacağa yerləşdirilib



Bakı şəhəri, Nəsimi rayonunda azyaşlının anası tərəfindən ayağından zəncirlənməsi hadisəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Azvision.az -a Komitənin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, zorakılığa məruz qalan 9 yaşlı oğlan uşağı sığınacağa yerləşdirilib.

“Baş vermiş hadisə ilə bağlı KİV-dən əldə edilmiş məlumatlar əsasında məsələnin daha ətraflı araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məktub göndərilib. Məlumatlara əsasən, hazırda zorakılığa məruz qalmış uşaq sığınacağa yerləşdirilib. Uşaqla bağlı iş aparılır. Ona hüquqi, tibbi, psixoloji yardım edilir. Bundan əlavə, uşaq sığınacaqda qida və geyimlə təmin ediləcək. Məsələ ilə bağlı cinayət işi açılıb və hazırda istintaq davam etdirilir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024