Mobil versiya
Hacıqabulda "Mercedes" "KamAZ"a çırpıldı: ölən var - YENİLƏNİB
Tarix: 21-08-2019 | Saat: 10:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hacıqabulda "Mercedes" "KamAZ"a çırpıldı:


Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları açıqlanıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində Zaqatala rayon sakinləri -1965-ci il təvəllüdlü İsmayılov Şahin ölüb.

1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

08:18

Hacıqabul rayonunda minik və yük avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil qarşıda gedən "KamAZ" markalı maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə