Mobil versiya
Məhkəmə Atambayevin həbs müddətini artırdı
Tarix: 20-08-2019 | Saat: 12:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Məhkəmə Atambayevin həbs müddətini artırdı


Bişkekin Bir may rayon məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 26 oktyabra qədər həbsdə saxlanılması haqqında qərar çıxarıb.

Bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev qapalı iclasın nəticələrinə əsasən "RİA Novosti"yə danışıb.

Onun sözlərinə görə, bu qərar qanunsuzdur və yuxarı instansiyalara şikayət olunacaq.

Məhkəmə iclası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib.

Daha əvvəl, 8 avqustda paytaxtın Bir may rayon məhkəməsi keçmiş dövlət başçısını 26 avqustadək istintaq təcridxanasına göndərmişdi. Bir həftə sonra yuxarı instansiya - Bişkek şəhər Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

A.Atambayev qətl və digər ağır cinayətlərin təşkilində ittiham olunur. Həmçinin keçmiş dövlət başçısı kütləvi qarşıdurmaların təşkilində, girov götürməkdə və hökumət nümayəndəsinə qarşı zorakılıqda təqsirli bilinir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb. Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib, 14 nəfər xəsarət alıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024