Mobil versiya
Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət
Tarix: 15-08-2019 | Saat: 14:06
Bölmə:İdman | çapa göndər

Kloppdan qadın hakimlərin idarəçiliyinə yüksək qiymət


"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə keçirilən UEFA Superkubokunda qadın hakimlərin idarəçiliyindəın danışıb.

aia.az qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis görüşdən sonra UEFA-nın saytına açıqlamasında referilərin matçı mükəmməl idarə etdiklərini bildirib:

"Oyundan sonra hakimlərə dedim ki, biz onların idarəçilyi kimi yaxşı oynasaydıq, 6:0 qalib gələrdik. Onlar tapşırığın öhdəsindən əla gəldilər. Bu, tarixi bir məqamdır. Yəqin ki, böyük məsuliyyətin çətinliyini yaşadılar, ancaq sakit oldular və nə etməliydilərsə, onu da etdilər. Matçın baş hakimi Stefani Frappara hörmətim böyükdür".

Xatırladaq ki, tarixdə ilk dəfə olaraq UEFA yarışlarında kişilərdən ibarət turnirin oyununu qadın hakim idarə edib. Matçı "Liverpul" penaltilər seriyası ilə (5:4) qazanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024