Mobil versiya
Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir
Tarix: 23-07-2019 | Saat: 16:01
Bölmə:Manşet / Təhsil | çapa göndər

Məleykə Abbaszadə:


İmtahan verən abituriyentlər topladıqları ballardan narazı olduqları zaman ailə problemlərini səbəb gətirərək xüsusi güzəştlər istəyirlər.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi quruma müraciətlərin sayı da artıb.

M.Abbaszadə ailənin sosial vəziyyətinin, ailə üzvlərinin səhhətindəki problemlərin nəticələrə təsir etmədiyini bildirib:
"İmtahan nəticələri elan ediləndə hər bir şəxsin biliyi qiymətləndirilir. Biz sosial vəziyyəti qiymətləndirmirik. Qaydalar hamı üçün eynidir. Sənədləri vaxtında hazırlayıb, prosedura vaxtında qoşulanların heç zaman problemi olmur”.

Sədr abituriyentlərə imtahanlar və ixtisas seçimləri ilə bağlı kömək məqsədilə Bakıda və regionlarda yaradılan məlumat mərkəzlərinə müraciət etməyi tövsiyə edib:

"Hazırda ölkə üzrə cəmi səkkizregional bölməmiz var. Bu ildən etibarən regional bölmələrə aid olan rayonlara müəyyən gün təyin edilərək, vətəndaşların qəbulu həyata keçiriləcək”.(oxu.az)




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024