Mobil versiya
Sabirabad – yeni inkişaf mərhələsinə keçid ərəfəsində
Tarix: 24-05-2019 | Saat: 13:05
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Sabirabad –




Siraqəddin Cabbarovun Sabirabad RİH-nin başçısı vəzifəsinə təyinatı rayonda yeni, daha işgüzar və yaradıcı ruhlu ab-havanın formalaşmasına səbəb olub

Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Siraqəddin Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Qeyd etmək lazımdır ki, rayonun rəhbərliyinə yeni təyinatla bağlı sakinlər arasında yaranmış pozitiv xarakterli gözləntilər heç də əsassız deyildir. Məsələ bundadır ki, Siraqəddin müəllim 2008-ci ildən bu təyinata qədər Sabirabadla qonşu olan Saatlı rayonunda İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Təbii ki, həmin illər ərzində qonşu rayonda əldə olunmuş uğur və nailiyyətlərin sorağı bu gün də sabirabadlıların yeni, daha yüksək hədəflərə köklənmələrinə səbəb olmaya bilməz. Buna əmin olmaq üçün ötən illər ərzində Saatlı rayonu üzrə bəzi iqtisadi göstəriciləri əks etdirən rəqəmlərə nəzər salmaq kifayətdir.

Kənd təsərrüfatının inkişafına xüsusi diqqət verilmişdir




Regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, 2014-2018-ci illərdə rayon üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilib və hər bir sahədə yüksək nəticələr əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradıb. Məlum olduğu kimi Saatlıda rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən rayonda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilmişdir.

Ötən illərin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların pambıq əkininə maraqlarını xeyli artırmışdır. 2018-ci ildə 15815 hektarda çiyid səpini aparılıb və hər hektardan 19,25 sentner olmaqla 30447,84 ton pambıq yığılıb. Pambığın becərilməsi və yığımı işlərinə 10950 nəfər cəlb olunub. Məhsul yığımından pambıqçıların əldə etdiyi xalis gəlir 7084140 manat olub. Rayonun yaşayış məntəqələri üzrə isə Dədə Qorqud, Əhmədbəyli və Qara Nuru kəndinin pambıqçıları daha yüksək gəlir əldə ediblər.



Heyvandarlıq sahəsində rayonda son dövrlərdə 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 8 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər. Ötən dövrdə 22 min 350 hektar taxıl sahəsinin hər hektarından 45 sentner olmaqla 91 min 635 ton taxıl yığılıb, 7 min 20 ton ət (diri çəkidə), 41 min 478 ton süd, 155,8 ton yun, 11925 min ədəd yumurta istehsal olunub, iribuynuzlu mal-qaranın baş sayı 67,555, qoyun və keçilərin sayı isə 117 min 372 başa çatıb.

Ümumi inkişaf təmin olunub

2018-ci ildə Saatlıda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. Ötən il rayonda ümumi məhsul buraxılışının dəyəri 258583,1 min manat olub. Sənaye sahəsində 18,8, rabitədə 13,8, ticarətdə 2,6, nəqliyyatda isə 1,5 faiz artım qeydə alınıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 31508 min manata çatıb. Ümumiyyətlə, son 15 ildə sənaye istehsalı üzrə 3,5, kənd təsərrüfatı üzrə 3,9, tikinti üzrə 16,8 dəfə, nəqliyyat üzrə 2,9, ticarət üzrə isə 8,6 dəfə artım olub. Həmçinin ötən il ərzində Saatlıa 792000 kvadratmetr yerli əhəmiyyətli avtomobil yollarının saxlanılmasına 1060,8 min manat vəsait sərf edilib. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı – Dədə Qorqud – Əhmədbəyli avtomobil yolunun tikintisi yekunlaşıb.




Yeni icra başçısına qarşı qaragüruhçuların həmlələri də intensivləşib

Dediyimiz kimi, yuxarıda təqdim olunan və S.Cabbarovun Saatlıya rəhbərlik etdiyi illərdə qonşu rayonda əldə edilmiş uğur və nailiyyətləri əks etdirən göstəricilər, bu gün Sabirabad sakinlrini yeni qələbələrə həvəsləndirən əsas amillər kimi çıxış edirlər. Lakin təəssüflər olsun ki, bir çox hallarda geniş ictimaiyyətin rəğbətinə səbəb olan məqamlar bəzi qüvvələri təmsil edən insanları əsəbləşdirir, hətta onları qeyri-adekvat addımlar atmağa belə vadar edir. Elə Sabirabad RİH-nin başçısı postuna yenicə təyin olunmuş S.Cabbarovun barəsində mətbuatda böhtan xarakterli yazıların sifariş və dərc olunmasını da yalnız qeyri-adekvatlıq kimi dəyərləndirmək olar. Əlbəttə ki, buna bir çox amillər səbəb ola bilər. Amma ilk ağıla gələn sifarişçinin özünün uğursuzluğu və bu əsasda onda yaradıcı insanlara qarşı dözümsüzlük kompleksinin formalaşmasıdır. Etiraf edək ki, vəzifəyə yeni təyin edilmiş bir dövlət məmuruna qarşı iftira dolu iddiaların irəli sürülməsi belə bir kampaniyanı düzənləmiş “təşəbbüskar”ın son dərəcə qərəzli mövqeyindən xəbər verir. Ola da bilsin ki, Sabirabadda yaxın vaxtlarda gözlənilən köklü islahatlar artıq indidən bəzi qüvvələrin ciddi narahatlığına yol açıb...



İstənilən halda, şübhə etmirik ki, Siraqəddin Cabbarovun işgüzar keyfiyyətləri, onun xalqa xidmət, dövlətə sədaqət prinsiplərini hər zaman öz işində əldə rəhbər tutması və ən əsası da Sabirabad sakinlərinin yeni başçıya olan etimadları qısa zaman ərzində bütün iftiraçıları susmağa məcbur edəcək, Sabirabadın sürətli iqtisadi inkişafı bu rayon və onun rəhbərliyi barədə ən çox müzakirə edilən mövzulardan olacaq.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024