Mobil versiya
Qazaxda yol infrastrukturunun inkişafı geniş vüsət alıb
Tarix: 21-05-2019 | Saat: 11:49
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Qazaxda yol infrastrukturunun inkişafı geniş vüsət alıb




Kərəm Məmmədrzayevin rəhbərlik etdiyi “28 nömrəli Yol İstismarı” MMC rayonda 23 körpü və 192 km uzunluğunda yola yüksək səviyyədə xidmət göstərir

Bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün regionlarında yol infrastrukturunun yenudən qurulması, yeni yol qovşaqlarının, körpülərin salınması istiqamətində görülən işlər özünün yüksək dinamikası ilə diqqəti cəlb edir. Bu məqsədlər üçün Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər bu sahədə həqiqətən də böyük layihələrin reallaşdırılmasını təmin edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt beton zavod işə salınmışdır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və qurumun çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir.




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti Dövlət Proqramının uğurlu icrasına istiqamətlənib

Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Həm paytaxt Bakıda, həm də regionlarda yol infrastrukturunun inkişafını təmi n etmək məqsədilə görülən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir. Belə ki, 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə uğurla başa çatdırılıb. Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır.



Aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub. Bu il isə, ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol

infrastrukturu layihəsi icra olunacaq. Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Yolların yenidən qurulması isə, sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır. Əlbəttə ki, bütün bu nailiyyətlər Saleh Məmmədovun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də bu qurumun tabeliyində olan bütün müəssisə və şirkətlərin işçi heyətlərinin fədakar əməyi, hər kəsin ayrılıqda və kollektiv olaraq öz işini dövlətə sədaqət prinsipləri əsasında qurması sayəsində əldə olunur. Agentliyin effektiv fəaliyyəti ilə seçilən belə struktur bölmələrindən biri də Qazax rayonunda fəaliyyət göstərən “28 saylı Yol İstismarı” MMC-dir.



Qazaxda yol infrastrukturu əsaslı şəkildə yenilənir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 23 körpü və 192 km uzunluğunda yola xidmət edir ki, bunun da 58 km-i Respublika əhəmiyyətli yollardır.

Qeyd edə bilərik ki, 2018-ci il yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, Kərəm Məmmədrzayevin rəhbərlik etdiyi “28 nömrəli Yol İstismarı” MMC üçün kifayət qədər uğurlu olmuşdur. Belə ki, Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi məhz ötən il başa çatmışdır. Bu yaşayış məntəqəsundə 1235 nəfər insan yaşayır. Bu insanların rahat gedib-gəlmələri təmin edilmişdir. Eyni zamanda, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, Ürkməzli-Dəmirçilər kəndlərini birləşdirən uzunluğu 4,5 km olan avtomobil yolunun tikintisi işləri yekunlaşmışdır. Bu yaşayış məntəqələrində də 13673 nəfər insan yaşayır.



Həmçinin ötən il Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax - Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində 13,2 km uzunluğunda alternativ yola çınqıl döşənmiş və hamarlama işləri aparılmışdır. Rayonun Kəmərli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində yollarda cari təmir işləri aparılmış, Uzuntala yolunda çalalar təmir olunmuş, həmin yolun və Yuxarı Əskipara yolunun çiyinləri nizama salınmışdır. Ümumilikdə isə, Qazax rayonu üzrə 2016-2018-ci illər ərzində 7 kənddə avtomobil yolları çəkilmiş və 19976 nəfər kənd sakinlərinin rahat gedib-gəlmələri təmin edilmişdir.

Cari ildə də işlər eyni dinamika ilə davam edir

Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax – Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur. Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Layihəyə uyğun olaraq sözügedən yolun 4.5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burda mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 12 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqon-metr uzunluğunda 500 mm-lik , 2 ədəd 24 paqon-metyr uzunluğunda isə 1000 mm diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb, başlıqlar dəmir-betonla tikilib. Bundan başqa avtoqreyderlə 3500 paqon-metr küvetlərin açılması işləri də görülüb.



Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11.5 km-lik Daşsalahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işlərinin çox hissəsi də artıq görülüb.

Bütün bu sadalananlar belə deməyə əsas verir ki, Kərəm Məmmədrzayevin rəhbərlik etdiyi “28 saylı Yol İstismar” MMC-nin kollektivi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu xüsusda əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, məhz Kərəm müəllimin yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu müəssisənin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Əminliklə demək olar ki, Kərəm Məmmədrzayevin rəhbərliyi altında “28 nömrəli Yol İstismarı” MMC-nin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.

aia.az
Abbas Abasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024