Mobil versiya
Deputatlar maaşlarını azaltmağa qərar verdi – Gözlənilməz addım
Tarix: 09-06-2026 | Saat: 21:47
Bölmə:Özəl | çapa göndər

Deputatlar maaşlarını azaltmağa qərar verdi – Gözlənilməz addım




Macarıstanda parlament üzvlərinin maaş və imtiyazlarının azaldılması ilə bağlı mühüm qərar qəbul edilib. Parlamentdə səsə qoyulan qanun layihəsi həm hakimiyyət, həm də müxalifət deputatlarının dəstəyi ilə qəbul olunub.

Yeni qaydalara əsasən, millət vəkillərinin maaşları təxminən 40 faiz azaldılacaq. Bununla yanaşı, deputatlara verilən bir sıra maliyyə üstünlükləri də ləğv edilir.

Qərara görə, mobil rabitə və yanacaq xərclərinin ödənilməsi dayandırılır. Eyni zamanda ezamiyyət, mehmanxana, ofis icarəsi və köməkçilərin saxlanılması üçün ayrılan vəsaitlər də ciddi şəkildə ixtisar olunur.

Macarıstan rəhbərliyi bu addımın dövlət xərclərinin optimallaşdırılması və büdcə vəsaitlərinə qənaət məqsədi daşıdığını bildirir. Qərar ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Müşahidəçilərin fikrincə, deputatların maaş və imtiyazlarının azaldılması son illərdə Avropada dövlət idarəçiliyi sahəsində qəbul edilən ən diqqətçəkən qərarlardan biri hesab olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-06-2026