Eltun Süleymanov: "Ulu Öndər Heydər Əliyev- Azərbaycanın taleyini dəyişən qüdrətli və xilaskar lider"
Tarix: 09-06-2026 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın müasir dövlətçilik tarixində taleyüklü hadisələr sırasında xüsusi yer tutan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyinin baş verdiyi gün deyil. Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin xilas edilməsi, milli həmrəyliyin təmin olunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bir dönüş nöqtəsidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri həmin dövrün siyasi ruhunu və onun dövlətçilik missiyasını ən dəqiq ifadə edən tarixi çağırışlardan biri idi. Bu fikrin siyasi mahiyyəti ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyini yalnız vəzifə və hakimiyyət məsələsi kimi deyil, xalq qarşısında böyük məsuliyyət və tarixi missiya kimi qəbul edirdi. Sonrakı hadisələr göstərdi ki, bu sözlər sadəcə siyasi bəyanat deyildi. Dövlətin xilas edilməsi istiqamətində həyata keçirilən tədbirlər həmin siyasi mövqenin real təzahürü oldu. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan istefasından sonra bölgədə və Azərbaycanda proseslər fərqli istiqamətdə inkişaf etməyə başladı. Onun istefasından qısa müddət sonra erməni millətçilərinin və onların himayədarlarının Dağlıq Qarabağla bağlı iddiaları açıq xarakter aldı. Sonrakı hadisələr göstərdi ki, regionda yaranan mürəkkəb vəziyyət təkcə daxili amillərlə deyil, həm də xarici maraqların təsiri ilə müşayiət olunurdu. Azərbaycan müstəqilliyinin ilk illərində isə daha ağır sınaqlarla qarşılaşdı. Dövlət idarəçiliyində sistemsizliyin hökm sürməsi, siyasi qarşıdurmaların genişlənməsi, silahlı qruplaşmaların özbaşına fəaliyyət göstərməsi və cəbhədə yaşanan uğursuzluqlar ölkəni faktiki olaraq böhran vəziyyətinə gətirib çıxarmışdı. Ayrı-ayrı bölgələrdə separatçılıq meyllərinin yaranması, dövlət institutlarının zəifləməsi və siyasi hakimiyyət daxilindəki qarşıdurmalar Azərbaycanı ciddi təhlükə qarşısında qoymuşdu. 1991–1993-cü illər ərzində ölkənin müstəqilliyinə və suverenliyinə qarşı real təhdidlər yaranmışdı. Hakimiyyət daxilində qruplaşmaların meydana çıxması, idarəçilikdə peşəkarlığın olmaması və dövlət maraqlarının ikinci plana keçməsi cəmiyyətdə ciddi narahatlıq yaradırdı. İqtisadi vəziyyət ağırlaşır, əhalinin sosial durumu pisləşir, dövlətə inam hissi zəifləyirdi. Belə mürəkkəb şəraitdə Azərbaycan xalqı ölkənin gələcəyini yalnız güclü siyasi liderliyin təmin edə biləcəyinə inanırdı. Cəmiyyətin müxtəlif təbəqələri artıq anlayırdı ki, dövlətçilik böhranından çıxış yolu peşəkar idarəçilikdən və milli maraqları hər şeydən üstün tutan siyasi xəttdən keçir. Ulu Öndər Heydər Əliyev sonralar həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.” Bu fikirlər həmin dövrdə mövcud olan siyasi mənzərəni tam şəkildə əks etdirirdi. Məsələ yalnız daxili siyasi böhranla bağlı deyildi. Eyni zamanda Azərbaycanın geosiyasi mövqeyi və strateji imkanları da müxtəlif xarici maraq mərkəzlərinin diqqətində idi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və siyasi dairələrin təkidli dəvətini qəbul edərək Bakıya qayıtdı. Bu qayıdış adi siyasi proses deyildi. Bu, dövlətçiliyin xilası naminə tarixi məsuliyyətin öz üzərinə götürülməsi idi. Həmin günlərdə ölkədə hakimiyyət uğrunda mübarizə getdiyi bir vaxtda Heydər Əliyevin həyatını təhlükəyə ataraq Gəncəyə getməsi, yaranmış qiyamın qarşısının alınmasına çalışması siyasi liderliyin və dövlət məsuliyyətinin ən mühüm nümunələrindən biri kimi tarixə düşdü. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonradan həmin günün Milli Qurtuluş Günü elan edilməsi də təsadüfi deyildi. Çünki məhz bu tarixdən etibarən dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasi kurs həyata keçirilməyə başlandı. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, nizami ordu yaradıldı, idarəçilik sistemi formalaşdırıldı və iqtisadi inkişaf üçün yeni əsaslar müəyyən edildi. İnsanlarda dövlətə olan inam yenidən bərpa olundu. Ulu Öndər Heydər Əliyevin siyasi liderlik fenomenini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun hadisələri yalnız mövcud dövrün çərçivəsində deyil, gələcək perspektivlər baxımından qiymətləndirməsi idi. O, dövlətin taleyini gündəlik siyasi proseslərin axarına buraxmır, uzunmüddətli inkişaf modelini müəyyənləşdirirdi. Bu baxımdan Milli Qurtuluş prosesi təkcə həmin dövrün böhranını aradan qaldırmadı, eyni zamanda Azərbaycanın gələcək onilliklərinin siyasi və iqtisadi inkişaf istiqamətlərini müəyyən etdi.
1993–2003-cü illərdə həyata keçirilən islahatlar bugünkü Azərbaycanın möhkəm təməlini yaratdı. Məhz həmin dövrdə Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, enerji strategiyası formalaşdı, dövlət institutları gücləndirildi və milli maraqlara söykənən siyasət həyata keçirildi. Bu gün müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və suveren dövlətdir. Ərazi bütövlüyünün və suverenliyin tam təmin olunması, dövlətin beynəlxalq nüfuzunun artması və regionda lider mövqeyə yüksəlməsi həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün nümayişi oldu. Cənab Prezident İlham Əliyevin “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” fikri Milli Qurtuluşun mahiyyətini tam ifadə edir. Bu fikir yalnız tarixi hadisəyə verilən qiymət deyil, həm də müasir Azərbaycanın hansı siyasi təməl üzərində yüksəldiyini göstərən mühüm yanaşmadır. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi göstərir ki, 1993-cü ildə müəyyən edilmiş siyasi kurs öz tarixi səmərəsini verməkdədir. Tarixi təcrübə göstərir ki, xalqların həyatında elə günlər olur ki, həmin günlər təkcə tarixə çevrilmir, həm də bütöv bir xalqın gələcək inkişaf fəlsəfəsinə çevrilir. 15 İyun – Milli Qurtuluş Günü də Azərbaycan üçün məhz belə bir məna daşıyır. Bu tarix xalqın dövlətçilik iradəsinin, milli birliyinin və uzaqgörən liderliyin təntənəsi kimi yaddaşlarda yaşayır. Azərbaycanın əldə etdiyi hər uğurun təməlində isə məhz həmin taleyüklü qərarların izi görünür-deyə E.Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-06-2026
08-06-2026