Səttar Möhbalıyev: " Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təntənəsi kimi qiymətləndirilir "
Tarix: 09-06-2026 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən taleyüklü və dönüş yaradan səhifələrindən biridir. Bu tarix sadəcə təqvimdə bir gün deyil, dövlət müstəqilliyinin qorunması, siyasi xaosun aradan qaldırılması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm siyasi məna daşıyır. Azərbaycanın müasir dövlətçilik salnaməsində Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təntənəsi kimi qiymətləndirilir.
Bu sözləri aia.az verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.” Bu fikir təkcə siyasi bəyanat deyil, həm də sonrakı proseslərin real siyasi təcəssümü idi. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan istefasından sonra regionda baş verən proseslər göstərdi ki, onun siyasi nüfuzu və qətiyyətli mövqeyi təkcə Azərbaycanda deyil, bütövlükdə geosiyasi müstəvidə mühüm amil olmuşdur. Məhz həmin dövrdən etibarən erməni millətçilərinin Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları daha açıq xarakter almağa başladı və Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. Müstəqilliyin ilk illərində isə ölkədə vəziyyət daha da mürəkkəbləşdi. Dövlət institutlarının zəifliyi, idarəçilik təcrübəsinin olmaması, silahlı qruplaşmaların fəaliyyətinin genişlənməsi və hakimiyyət daxilində yaranan qarşıdurmalar ölkəni ciddi siyasi böhrana sürükləmişdi. AXC-Müsavat hakimiyyətinin idarəçilikdə buraxdığı səhvlər nəticəsində iqtisadi tənəzzül dərinləşir, sosial vəziyyət ağırlaşır, cəbhədə uğursuzluqlar artırdı. Ölkənin müxtəlif bölgələrində separatçı meyllərin meydana çıxması artıq Azərbaycanın dövlət kimi mövcudluğunu sual altına qoymuşdu. 1991–1993-cü illər Azərbaycanın dövlətçilik tarixində ən mürəkkəb dövrlərdən biri kimi xarakterizə olunur. Hakimiyyət daxilində yaranmış qruplaşmalar dövlət maraqlarını arxa plana keçirmiş, siyasi çəkişmələr ölkənin gələcəyini təhlükə altına salmışdı. Həmin dövrdə xalqın əsas narahatlığı dövlətçiliyin qorunması məsələsi idi. Cəmiyyət anlayırdı ki, vəziyyəti yalnız yüksək siyasi təcrübəyə malik, xalqı öz arxasınca aparmağı bacaran güclü lider dəyişə bilər. Belə ağır və mürəkkəb şəraitdə Azərbaycan xalqının ümid yeri məhz Ulu Öndər Heydər Əliyev oldu. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər öz üzərinə tarixi məsuliyyət götürdü. Bu qayıdış adi hakimiyyət dəyişikliyi deyildi. Bu, faktiki olaraq dövlətçiliyin xilas edilməsi prosesinin başlanğıcı idi. Ulu Öndər Heydər Əliyev sonradan həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycanın tam müstəqil olması bəzi dairələri qane etmirdi.”
Millət vəkili onu da bildirib ki, Ulu Öndərin Bakıya qayıdışı ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində dönüş yaratdı. Həyatını təhlükəyə ataraq Gəncədə baş vermiş qiyamın qarşısını almaq üçün birbaşa hadisələrin mərkəzinə getməsi onun siyasi liderliyinin və qətiyyətinin ən mühüm nümunələrindən biri oldu. Məhz bu addım Azərbaycanın vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulmasında həlledici rol oynadı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonradan həmin günün Milli Qurtuluş Günü elan edilməsi də təsadüfi deyildi. Çünki məhz bu tarixdən etibarən Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün yeni siyasi kurs müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə ölkədə hüquqi dövlət quruculuğunun əsasları yaradıldı, sabitlik təmin edildi, nizami ordu quruculuğu sürətləndirildi, iqtisadi islahatlara start verildi və Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına başlanıldı. Dövlət idarəçiliyi sistemi yenidən formalaşdırıldı, insanlarda dövlətə və gələcəyə inam bərpa olundu. 1993–2003-cü illərdə həyata keçirilən siyasi və iqtisadi strategiya sonrakı uğurların möhkəm təməlini yaratdı. Azərbaycanın enerji siyasəti, beynəlxalq nüfuzunun artması, dövlət institutlarının gücləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət kursu həmin dövrün nəticələri idi.
Azərbaycanın Milli Qurtuluş fəlsəfəsinin əsas mahiyyəti yalnız həmin dövrün siyasi böhranının aradan qaldırılması ilə məhdudlaşmırdı. Bu proses eyni zamanda dövlətçilik düşüncəsinin yenidən formalaşdırılması, milli maraqların vahid siyasi strategiya ətrafında birləşdirilməsi və gələcəyə hesablanmış inkişaf modelinin qurulması demək idi. Ulu Öndər Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı daxili qarşıdurmalar meydanından çıxararaq praqmatik siyasətin, milli həmrəyliyin və dövlət maraqlarına söykənən idarəçilik prinsipinin əsaslarını yaratdı. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan qısa zaman ərzində regional əhəmiyyət daşıyan ölkədən beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilmək yoluna qədəm qoydu. Tarixi təcrübə göstərir ki, dövlətlərin taleyində elə mərhələlər olur ki, həmin mərhələlərdə qəbul olunan qərarlar onilliklərin istiqamətini müəyyən edir. 1993-cü ilin iyun hadisələri və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı da Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən həlledici siyasi dönüş nöqtəsi kimi tarixdə öz yerini aldı.
Bu gün müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası da həmin siyasi kursun davamlılığının nəticəsi kimi qiymətləndirilir. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək ölkəni regionun aparıcı dövlətinə çevirib. Milli Qurtuluş Günü Azərbaycanın təkcə keçmişini deyil, həm də gələcəyini müəyyən edən tarixi hadisədir. Çünki bu gün dövlətçilik ideyasının, milli həmrəyliyin və güclü liderlik amilinin təntənəsini özündə ehtiva edir. Azərbaycanın müasir tarixi göstərdi ki, bəzən bir liderin qətiyyəti bütöv bir xalqın taleyini dəyişməyə qadirdir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası da məhz belə tarixi missiyalardan biri oldu-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-06-2026
08-06-2026