Mobil versiya
İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı
Tarix: 01-12-2025 | Saat: 10:32
Bölmə:İdman | çapa göndər

İstanbul derbisi:

Bu gün futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

aia.az xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.

Komandalar indiyədək Superliqa tarixində 136 dəfə üz-üzə gəlib. Bu matçların 53-də "sarı-lacivərdlilər", 38-də isə "sarı-qırmızılar" qalib gəlib. 45 görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 32 xalla birinci, “Fənərbağça” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025