Mobil versiya
Milli Məclisin deputatları ATƏT PA-nın sessiyasında İştirak edəcəklər
Tarix: 14-11-2025 | Saat: 16:02
Bölmə:Siyasət / Parlament | çapa göndər

Milli Məclisin deputatları  ATƏT PA-nın sessiyasında İştirak edəcəklər

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə, Gülşən Paşayeva bu təşkilatın 23-cü payız sessiyasında iştirak etmək üçün noyabrın 16-da  Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumun sessiyasında “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə multilateralizmin yenilənməsi” mövzusunda fikir mübadiləsi aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində beynəlxalq təhlükəsizlik, siyasi dialoq, qlobal iqtisadiyyat və insan hüquqları sahəsində aktual məsələlər müzakirə olunacaq, müvafiq qərar və tövsiyələr qəbul ediləcək.
Səfər noyabrın 20-də başa çatacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2025