Mobil versiya
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbirlər keçirilib -Fotolar
Tarix: 12-11-2025 | Saat: 18:09
Bölmə:Özəl | çapa göndər

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, ərazi partiya təşkilatlarında 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

aia.az xəbər verir ki, tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bununla da ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu dövlətçilik tariximizdə mühüm hadisə olmaqla, müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün geniş imkanlar açmış, insan hüquq və azadlıqlarının təmin olunmasına, ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir. Bu sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanunu kimi dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etmişdir.

Çıxışçılar vurğulayıblar ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi əsasları müəyyən etməklə yanaşı, milli birliyin, dövlət suverenliyinin və ərazi bütövlüyünün təminatçısı kimi mühüm əhəmiyyət daşıyır. Bu ali sənəd hər bir vətəndaşın dövlətə bağlılığını və dövlətin vətəndaş qarşısında məsuliyyətini bərqərar edən əsas hüquqi baza rolunu oynayır.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və ardıcıl siyasi kurs nəticəsində dövlətçilik ənənələri möhkəmlənmiş, hüquqi sabitlik və idarəetmə dayanıqlılığı təmin edilmişdir. Məhz bu möhkəm hüquqi və siyasi təməl Azərbaycanın suveren hüquqlarının qorunmasına, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyünün təmin olunması üçün qətiyyətli addımlar atılmasına imkan yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və ordumuzun qüdrəti sayəsində torpaqlarımız erməni işğalından azad edilmiş, dövlətimizin suverenliyi tam bərpa olunmuşdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2025