Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsinin layihəsinə baxılıb - Yenilənib-Foto
Tarix: 12-11-2025 | Saat: 18:05
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan Milli Məclis sədrinin müavini Rafael Hüseynov bu gün, noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyinin qeyd olunduğunu bildirib. Ötən müddət ərzində ölkəmizin dinamik inkişaf etdiyini, həyatın bütün sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, bir neçə gün əvvəl xalqımızın Vətən müharibəsində qazanılan şanlı qələbə ilə bağlı Zəfər Gününün, habelə Dövlət Bayrağı Gününün təntənə ilə qeyd etdiyini də söyləyib.
Vitse-spiker 2026-cı ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan sənədlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edildiyini bildirib. O, büdcənin ölkənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin edilməsi, müdafiə qüdrətinin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, digər mühüm məsələlərin əhatə etdiyini və bütün bu istiqamətələrdə dövlət başçısının uğurlu siyasəti nəticəsində davamlı inkişafın müşahidə olunduğunu deyib. Büdcə layihəsinin tərtibatı zamanı növbəti ildə qarşıda duran prioritetlərin, qlobal iqtisadi meyillərin, təhlükəsizliklə bağlı məsələlərin nəzərə alınmasının vacibliyindən danışıb. Ölkəmizin növbəti il üçün hazırlanmış dövlət büdcəsində əvvəlki illərlə müqayisədə hər bir sahədə artımın olduğunu diqqətə çatdırıb.
Rafael Hüseynov mədəniyyət, bədən tərbiyəsi, gənclər siyasəti, ictimai birliklər, dini qurumlar və digər əlaqədar sahələr üzrə növbəti ilin dövlət büdcəsində müvafiq maliyyə təminatının nəzərdə tutulduğunu və bu sahələrin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib. O, 2026-ci ilin dövlət büdcəsinin ölkənin yüksək templərlə inkişafını təmin edəcəyini, dövlətin, xalqın mənafeyinə uyğun olduğunu vurğulayıb.
Sonra maliyyə nazirinin müavini Himalay Məmişov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə məlumatı təqdim edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artmasına baxmayaraq, ölkəmizdə davamlı iqtisadi artım qorunub, fiskal-monetar nəticələr üzrə pozitiv dinamika təmin edilib, əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirləri reallaşdırılıb.
Nəzərə çatdırılıb ki, növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, Ümumi Daxili Məhsulun 2,9 faizlik, qeyri-neft ÜDM isə 5,0 faizlik real artımı əsas kimi götürülüb.
Qeyd olunub ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, ötən illə müqayisədə isə 4,0 milyard manat və ya 10,6 faiz çoxdur. Növbəti il üçün dövlət büdcəsi xərclərinin 25,2 milyard manatı və ya 60,3 faizi cari xərclərə, 14,1 milyard manatı və ya 33,8 faizi əsaslı xərclərə, 2,5 milyard manatı və ya 5,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2026-cı il üzrə cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Növbəti il üçün cari xərclərin əsas hissəsi sosialyönlü xərclərin payına düşür. Belə ki, sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq. Bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərin payına düşür. Sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaq.
Nazir müavini ölkəmizdə mədəniyyət və incəsənətin inkişafının, mədəni irsin təbliğinin və milli-mənəvi dəyərlərin qorunmasının, habelə yaradıcı gəncliyin formalaşdırılmasının Azərbaycan Prezidentinin məqsədyönlü siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. Diqqətə çatdırılıb ki, 2026-cı ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər tədbirlər üçün 632 milyon manat vəsait nəzərdə tutulur. Bu keçən illə müqayisədə 135 milyon manat və 27 faiz, cari illə müqayisədə isə 10 milyon manat və ya 1.6 faiz çoxdur. Son 5 ildə bu istiqamətə ayrılan vəsait 227 milyon manat və ya 56 faiz artıb. Qeyd olunub ki, növbəti il üçün ayrılan vəsaitin 241 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyətin, 78.7 milyon manatı televiziya, radio və nəşriyyat tədbirlərinin, 50 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin, 22.8 milyon manatı yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.
Sonra Himalay Məmişov dövlət büdcəsi xərclərinin maliyyə təminatı ilə bağlı göstəricilər barədə məlumat verib. O, bildirib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 38,6 milyard manatı büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaq. Dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 253,0 milyon manat və ya 0,7 faiz, ötən ilin icra göstəricisi ilə müqayisədə isə 1,4 milyard manat və ya 3,9 faiz çox olacaq. Gəlirlərin 22,2 milyard manatı və ya 57,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 16,4 milyard manat proqnozlaşdırılır. 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard olmaqla, ümumi daxili məhsulun 2,3 faizinə bərabərdir.
Nazir müavini 2026-cı il üçün dövlət və icmal büdcələri layihələrinin ölkə başçısı tərəfindən müəyyən edilmiş prioritetlərin maliyyələşdirilməsi, dövlətimizin hərtərəfli inkişafı üçün maliyyə təminatının formalaşdırdığını söyləyib.
Sonra iclasda Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxış edərək Palatanın rəyini təqdim edib. O, bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə ölkənin ali audit orqanının mövqeyini ifadə edir. Qeyd olunub ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğunun təmin olunması dövlət büdcəsinin gəlir və xərclərinin uçotunun düzgün aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş əksər məsələlər büdcə zərfində nəzərə alınıb.
Nəzərə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsi “Büdcə sismemi haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun hazırlanıb. Hesablama Palatası tərəfindən qanun layihəsinə daxil edilmiş göstəricilər maddələr üzrə təhlil edilib, bəzi maddələr üzrə təkmilləşdirmələrin aparılması məqsədəmüvafiq hesab olunub. Qeyd edilib ki, növbəti ilin baza ssenarisində olan proqnozlarda ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən iqtisadiyyatda real artımın, məqbul inflyasiyanın, cari əməliyyatlar balansında profisitin və sabit məzənnənin müşahidə olunacağı gözlənilir.
Nəsir Sadıqov bildirib ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə təqim olunmuş izahata əsasən, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası 2026-cı ilin dövlət büdcəsi layihəsində diqqət mərkəzində saxlanılıb. Büdcə zərfində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün maliyyə təminatının yaradılması və ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qoruduğu qeyd olunur. Büdcə sənədləşməsində strategiya üzrə nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatının 620 milyon manat olacağı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə isə 3,5 milyard manat proqnozlaşdırıldığı göstərilir. Növbəti ildə strategiyanın tədbirlərinə cəmi 4,1 milyard manat nəzərdə tutulub.
Qeyd olunub ki, sənəddə xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, habelə iqlim dəyişikliyi fiskal risklər kimi göstərilib. Əksər risklər üzrə yumşaldıcı tədbirlər müəyyənləşdirilib, bəzi hallarda risklərin maliyyə tutumu qiymətləndirilib. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılır.
Daha sonra iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək büdcə layihəsinin formalaşdığı iqtisadi şərait barədə məlumat verib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını təmin edib, rəqabət qabiliyyətini artırıb və qeyri-neft sektorunun payını genişləndirib. O qeyd edib ki, ölkəmiz tərəfindən uğurla icra olunan qlobal enerji və nəqliyyat layihələri Azərbaycanın regionda strateji mövqeyə malik aparıcı ölkə statusunu daha da möhkəmləndirib.
Səməd Bəşirli bildirib ki, müzakirəyə təqdim olunan 2026-cı ilin dövlət büdcəsi layihəsi qarşıya qoyulan strateji vəzifələri əks etdirir və ölkənin sosial-iqtisadi imkanlarının reallaşdırılmasına xidmət edir. Büdcə zərfi vətəndaşların rifahının yüksəldilməsini, mədəniyyət, idman və ictimai institutların fəaliyyətinin dəstəklənməsini, həmçinin iqtisadi artımın davamlılığını təmin edən tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur.
Nazir müavininin sözlərinə görə, büdcə siyasətində sosialyönümlülük prinsipi qorunur, mədəni tədbirlərin və ictimai təşəbbüslərin maliyyələşməsi, insan resurslarının, o cümlədən gənclərin inkişafı diqqətdə saxlanılıb. Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına müsbət təsir göstərməsi, cəmiyyətin ümumi inkişafına töhfə verməsidir.
İclasda parlamentin komitə sədrləri çıxış edərək 2026-cı ilin dövlət büdcəsinin əsas göstəricilərini müsbət qiymətləndiriblər, bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini irəli sürüblər.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında mədəniyyət sahəsi üzrə büdcə göstəricilərini və artımları müsbət qiymətləndirib. O, mədəni-tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən işlərin vacibliyini, həmçinin milli kinematoqrafiyaya dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, 2026-cı ilin dövlət büdcəsində mədəniyyət, informasiya, ictimai birliklər, dini qurumlar və siyasi partiyalarla bağlı nəzərdə tutulan vəsaitlərdə önəmli artımlar nəzərdə tutulub. O bu vəsaitlərin məqsədyönlü şəkildə, şəffaf formada istifadəsi ilə bağlı fikirlərini bölüşüb.
Komitə sədri qeyd edib ki, bu il dövlət büdcəsindən siyasi partiyalara 6 milyon manat, dini icmaların fəaliyyəti və dini tədbirlərlə bağlı xərclərə ümumilikdə 239,3 milyon manat, diasporla iş və xaricdə təşkilatlanma məsələlərinə 7,1 milyon manat, qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyəti məsələlərinə isə 10,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur. O bildirib ki, 2026-cı ilin büdcəsi təkcə mədəniyyət və informasiya sektorunun deyil, həm də vətəndaş cəmiyyətinin, siyasi plüralizmin və dini-mənəvi sabitliyin möhkəmlənməsinə xidmət edir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək bildirib ki, gənclər və idman sahəsi üzrə növbəti ildə 50 milyon manat vəsait nəzərdə tutulub. O qeyd edib ki, növbəti ilin büdcə zərfində ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi tabeliyində Milli İdman Tibb və Reabilitasiya İnstitutu publik hüquqi şəxs kimi maliyyə dəstəyi alacaq. Komitə sədri, ümumilikdə, gənclər və idman sahəsinin funksional fəaliyyətinin təmin olunması üçün kifayət qədər maliyyə resursu nəzərdə tutulduğunu vurğulayıb.
Müzakirələrdə Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, deputatlar Elnarə Akimova, Ceyhun Məmmədov və Vüqar İskəndərov çıxış ediblər, öz fikirlərini və bəzi qeydlərini bildiriblər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və Maliyyə nazirinin müavini Himalay Məmişov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər, sualları cavablandırıblar.
Bildirilib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində mədəniyyət, gənclər və idman sahələrinin inkişafına, yaradıcılıq kollektivlərinin, teatrların, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyətinin dəstəklənməsinə, o cümlədən milli kino sənayesinin maliyyələşməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə ayrılacaq vəsaitlər həm mövcud layihələrin davamına, həm də yeni təşəbbüslərin reallaşdırılmasına yönəldiləcək.
Həmçinin gələn ilin büdcəsində dini təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsi, dini qurumların fəaliyyətinin dəstəklənməsi, onların strukturunun və kadr təminatının möhkəmləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, ölkədə dövlətin multikulturalizm və tolerantlıq siyasəti çərçivəsində dini icmaların fəaliyyətinin stimullaşdırılması tədbirləri diqqət mərkəzindədir.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Müşfiq Cəfərov, Asif Əsgərov, Səbinə Xasayeva, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov, Ülvi Quliyev, Eyvaz Qurbanov, Mahir Süleymanlı, Günay Ağamalı, Azər Allahverənov, Elşad Musayev, Cavanşir Paşazadə, Anatoliy Rafailov, Aqil Abbasov, Ülviyyə Ağayeva, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Əlibala Məhərrəmzadə, Şahin Seyidzadə, aidiyyatı dövlət qurumlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2025