Ülfət İstirahət Mərkəzində Qazinin Mediatur İştirakçılarına Müsahibəsi - VİDEO
Tarix: 19-07-2025 | Saat: 17:16
Bölmə:Özəl | çapa göndər

Ülfət İstirahət Mərkəzində təşkil olunan mediatur çərçivəsində diqqətçəkən məqamlardan biri də Vətən müharibəsi qazisi, ehtiyatda olan zabitin jurnalistlərlə görüşü və verdiyi səmimi müsahibə oldu.
Qazi öz çıxışında Vətən uğrunda döyüş yolunu, şəhidlik zirvəsinə ucalan silahdaşlarını, keçdiyi keşməkeşli anları və xalqımızın dəmir iradəsini qürurla dilə gətirdi. O, müharibədən sonrakı dövrə dair təəssüratlarını bölüşdü, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi. Eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyini vurğuladı.
Mediatur iştirakçıları qazinin cəsarətli və ruhlandırıcı fikirlərini dərin maraqla dinlədilər, onun şəxsi təcrübəsindən çıxan nəticələri böyük diqqətlə qeyd etdilər. Bu müsahibə həm qəhrəmanlıq tariximizin canlı şahidindən bir dərs, həm də gənclərə örnək olacaq dəyərli bir görüş kimi yadda qaldı.
Bayram Xudayarov
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-07-2025
18-07-2025
15:58 Əkinçi” qəzeti