Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib
Tarix: 27-02-2025 | Saat: 19:49
Bölmə:Manşet / Siyasət / Qərbi Azərbaycan | çapa göndər

Fevralın 27-də Bakı Konqres Mərkəzində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib.
Aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd Qərbi Azərbaycan həqiqətlərinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin icmanın fəaliyyəti barədə məlumatlandırılması və onların icmanın fəaliyyətinə cəlb olunmasıdır. Tədbirin tərəfdaşı Gənclər Fondudur.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsində gənclərin rolundan bəhs edib. Bildirib ki, ötən əsrlərdə soydaşlarımızın başlarına gətirilən müsibətlər unudulmamalı, tarixdən çıxarılmalı olan dərs kimi nəsildən-nəslə ötürülməli, bununla yanaşı, ata-baba yurdlarımıza sülh yolu ilə qayıdış prosesində də gənclərimiz öz töhfələrini verməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Amasiya rayonu üzrə icmanın sədri, akademik Abel Məhərrəmov gənclərin ölkəmizin həyatında oynadığı önəmli rolu, torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaət və qəhrəmanlıqları örnək olaraq səsləndirib. Abel Məhərrəmov ümummilli məsələmiz olan Qərbi Azərbaycanla bağlı aparılan işlərdə yaxından iştirakının önəmindən bəhs edib.

İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayıdış ideyalarının gələcək hədəflərimiz kimi öyrənilməsində gənclərin rolundan danışıb.

Sonra icmanın digər üzvləri, ölkəmizin ictimai-siyasi və mədəni mühitində tanınmış ziyalılar gənclərin suallarını cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, icmanın İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, icmanın İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə və təhsil sahəsində uğur qazanmış, ictimai fəal gənclər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2025