Beynəlxalq təşkilatlar qərəzli bəyanat yox, regionda sabitliyin təminatına töhfə verməlidirlər - DEPUTAT
Tarix: 27-02-2025 | Saat: 18:18
Bölmə:Siyasət | çapa göndər

Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatı qərəzli və həqiqətdən uzaqdır. Təəssüf edirik ki, bir çox ermənipərəst dövlətlər hələ də Azərbaycanın haqq savaşında qalib gəlməsini, torpaqlarının işğaldan azad etməsini, regoinda söz sahibinə çevrilməsini qəbullana bilmirlər.
Bəyanatın qəbul edilməsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilib.
Başdan-ayağa qarayaxmadan ibarət olan, Azərbaycan əleyhinə səsləndirilmiş yalan və tamamilə əsassız, absurd ittihamlar bir daha həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur.
Əslində bu, Azərbaycana qarşı ilk qərəz deyil, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin bariz və növbəti nümunəsidir.
Yenə havadarları Ermənistanı yazıq, qurban kimi qələmə verməyə çalışır, amma buna cəhd edənlər unudurlar ki, Ermənistan onilliklər boyu düşmənçilik, nifaq yaratmaq ideologiyasını bəsləyən, işğalçılıq siyasəti yürüdən bir ölkədir. Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını onların düşmənçilik ideologiyası, işğalçılıq siyasəti təşkil edir. Torpaqlarımızın işğalı dövründə Ermənistan bir çox ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa sığmayan vəhşiliklər və soyqırım aktları törədib. Avropa İttifaqı unudur ki, yazıq kimi dünyaya sırımaq istədikləri Ermənistan azərbaycanlılıara qarşı etnik təmizləmə həyata keçirib. Nəticədə bir milyona yaxın azərbaycanlını öz doğma yurdu Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi erməni işğalçıları tərəfindən yerlə-yeksan edərək dövlətə və mülk yiyələrinə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurulub, işğal olunmuş bizə məxsus ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus dini, mədəni irsi məhv edib və özününküləşdiriblər.
Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci il tarixli iclasında qəbul edilmiş bəyanat, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən də şiddətlə qınanmışdır. Milli Məclis bu sənədi, Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.
Avropa Parlamentinin bu kimi qərəzli və əsassız sənədləri qəbul etməsi, beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, bölgədə sülh və sabitliyin təmin olunmasına da maneə törədir. Azərbaycan Respublikasının Milli Məclisi və digər rəsmi qurumları, ictimaiyyət nümayəndələri bu cür təxribat xarakterli bəyanatları qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa çağırır.
Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır.
Ermənilər və havadarları unutmasınlar ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdu, sadəcə torpaqlarını işğaldan azad edərək ədaləti bərqərar edib.
Biz hər zaman problemin sülh yolu ilə həllinə çalışmışıq. 30 ildən artıq beynəlxalq danışıqlara ümid edərək torpaqlarımızın işğaldan azad edilməsini gözləmək elə humanizmliyimizə ən yaxşı sübutdur. Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi ədaləti təmin etdi. Azərbaycanın məqsədi heç vaxt başqa ölkələrin torpaqlarını ələ keçirmək olmayıb, əksinə, beynəlxalq hüquq çərçivəsində öz qanuni haqlarını müdafiə edib. Bu gün də ölkə sülhün və regional sabitliyin tərəfdarıdır, lakin eyni zamanda, suverenliyini və təhlükəsizliyini qorumağa tam qadirdir, bunu dəfələrlə sübut edib.
Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli qərəzli və reallıqdan uzaq bəyanatı birtərəfli yanaşma ilə hazırlanaraq, regionda mövcud vəziyyəti obyektiv qiymətləndirməkdən yayınıb. Azərbaycan bölgədə sülh və əməkdaşlıq üçün konstruktiv addımlar atdığı halda, belə bəyanatlar prosesi çətinləşdirir. Beynəlxalq təşkilatlar ədalətli mövqe tutmalı və regionda sabitliyin təmin olunmasına töhfə verməlidirlər.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər