“OBA”-dan açıqlama: “Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir”
Tarix: 27-02-2025 | Saat: 14:08
Bölmə:Ölkə | çapa göndər

Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində “OBA” Marketlər Şəbəkəsi tərəfindən icarəyə götürülən “Binə 3” mağazasında partlayış baş verib.
aia.az ki, bu hadisə nəticəsində “OBA”-nın iki əməkdaşı və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
“OBA”-nın da daxil olduğu “Veysəloğlu” Şirkətlər Qrupu Mətbuat Xidmətinin rəhbəri Məhəmmədəli Qəriblinin baş verən bu hadisə ilə bağlı açıqlamasından məlum olur ki, xəsarət alanların vəziyyəti qənaətbəxşdir:
“Hazırda Marketlər Şəbəkəsinin aidiyyatı struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.
Qeyd edək ki, “OBA”-nın heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyatı dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq.
Xəsarət alanlara Allahdan şəfa diləyirik!”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər