Mobil versiya
Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı
Tarix: 26-12-2016 | Saat: 16:28
Bölmə:Manşet | çapa göndər

Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı




2016-cı il dekabrın sonuna olan məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydə alınmış itkinlərin sayı 3866 nəfərdir.

aia.az modern.az-a istinadən xəbər verir ki, itkin kimi rəsmi qeydə alınmış şəxslərdən 3123 nəfəri hərbçilər, 743 nəfəri isə mülki şəxslərdir.

Mülki şəxslərdən 62 nəfəri uşaqlar (20 nəfər qız, 42 nəfər oğlan), 261 nəfər qadınlar, 301 nəfər qocalardır (152 nəfər yaşlı qadın).
Haqqında əsir-girov götürüldüyünə dair məlumatr daxil olmuş şəxslərin sayı 873 nəfər təşkil edir ki, bunlardan da 591-i hərbçilər, 282-si mülki şəxslərdir ( o cümlədən 29 nəfər uşaq (7 nəfər qız, 22 nəfər oğlan)), 99 nəfər qadın, 112 nəfər qoca (63 nəfər qadın)).

Bu günədək əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1437 nəfər olub. Onlardan hərbçilər - 351 nəfər, mülki şəxslər - 1086 nəfər (o cümlədən, uşaqlar - 210 nəfər (74 nəfər qız, 136 nəfər oğlan), qadınlar - 342 nəfər, qocalar - 285 nəfər (108 nəfər qadın)) olub.

21.12.2016-cı il tarixinə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslər Azərbaycan tərəfindən 3768 nəfər, erməni tərəfindən 780 nəfərdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024